Məşhur tayvanlı ufoloq Skott Uorlinq Marsda qeyri-adi tapıntı aşkar edib.
Teleqraf.com xəbər verir ki, Marsda çəkilən görüntülərdə qaykaya bənzər obyektlər əks olunub.Tapıntılar qırmızı planetdəki Elizium təpəciklərinin yaxınlığında aşkar edilib.
Ufoloq tapıntısı ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb: “Növbəti maraqlı kəşflə qarşınızdayam. Marsda çoxsaylı simmetrik strukturlar mövcuddur. Fikrimcə, bu, yadplanetli sivilizasiyanın qalıqlarıdır. Əgər buna oxşar obyektlər Yerdə tapısaydı, bizə maraqsız olardı. Əminəm ki, NASA-nın bu kimi tapıntılardan xəbəri var. Ancaq o, bizim bunları bilməmizi istəmir. Bunun isə səbəbini bilmirəm”.
Ufoloqun Yutub kanalında paylaşdığı görüntüləri təqdim edirik:
">