Qardabanidə təhsildən uzaqlaşdırılan qız özünə QƏSD EDİB

Qardabanidə təhsildən uzaqlaşdırılan qız özünə QƏSD EDİB backend

Qardabani şəhərindəki Saduquri 11 küçəsində yaşayan azərbaycanlı qız özünü asıb.

GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, 2003-cü il noyabrın 3-də anadan olan gənc azərbaycanlı qız Nərminə Şəfiyeva ailədə baş verən narazılıq nəticəsində intihar edib.

Yerli sakinlərin məlumatına görə, intihara səbəb qızın nənəsi ilə dəfələrlə mübahisəsi olub. GAXA-nın araşdırmasına görə, Qardabani 3 nömrəli Azərbaycan orta məktəbində oxuyan Nərminə dördüncü sinifdən sonra məktəbdən uzaqlaşdırılıb və indiyədək nənəsi Rəfuqə ilə yaşayıb. Nənəsi onun məktəbə getməsinə mane olub. Qız dəfələrlə nənəsinə məktəbdə oxumaq istədiyini bildirib, lakin ona razılıq verilməyib. Nəticədə həmişə oxumağa can atan və 4-cü sinifdən məktəbdə birgə oxuduğu sinif yoldaşlarından ayrı düşən Nərminə Şəfiyeva özünü asıb.

Qeyd edək ki, N. Şəfiyevanın atası Mehdi Şəfiyev Rusiyada işləyir, anası isə Türkiyədədir.

Faktla bağlı Gürcüstan CM-nin 115-ci maddəsinə (intihar etmə) əsasən cinayət işi qaldırılıb. Araşdırma aparılır.

"Sherg.az"
Diaspora