Başqa planetdə bir il yaşayan adam Yerə 600 ildən sonra qayıdır- Kainat sirləri

Başqa planetdə bir il yaşayan adam Yerə 600 ildən sonra qayıdır- Kainat sirləri backend

Moderator.az kainatın çoxsaylı sirlərindən biri-başqa planetlərdəki zaman məfhumu haqqında qısa bildirişi təqdim edir:

Kainatın zaman və məkan ölçüləri haqqında çox yazılıb. 3 məkan və bir zaman ölçüsündən ibarət olan bu ölçülər bir-biri ilə harmoniya təşkil edir. Qalaktika tam olaraq təxminən 93 000 000 000 işıq ilidir. Yəni, bu da hələ dəqiq olmayan bir məlumat ola bilər. Və bir də bizim Günəş sistemi heç də kainatın mərkəzində yerləşmir. Dini mənbələrdə dünyanın iki ölçülü, bu dünyadan və axirətdən ibarət olduğu deyilir. Məhəmməd Füzuli isə başqa cür deyib.

“Edəməm tərki Füzuli, səri-kuyin yarın,
Vətənimdir,vətənimdir, vətənimdir vətənim”.

Vikipediyada yazılanlara görə, məkan və zamanın ölçüləri haqqında bizə məlum olan həqiqət belədir:
Məkan – maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna məlik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir.
Zaman – cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir.
Məkan və zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan – zaman sonsuzdur, tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonluluğunun vəhdətindən, məcmusundan yaranır. Zaman qayıtmazdır. Zamanın bir ölçüsü vardır: - keçmışdən gələcəyə doğru istiqamət. Lakin kainatın daha çox ölçülü olması haqqında da məlumatlar var. Belə bir fikir də var ki, böyük birləşmə nəzəriyyəsində kainatın 10 ölçüyə qədər ölçüyə malik olduğu deyilir. İndi bütün qüvvələrin kainatda necə qarşılıqlı təsirdə olduğu və digər mümkün kainatların necə işlədiyi öyrənilir.

Ümumiyyətlə, bütün kainatlarda mövcud olan qravitasiya bütün cisimləri biri-birinə bağlayır. Zaman barədə dünya alimləri müxtəlif fikirlər söyləsələr də, yenə Eynşteynin nisbilik nəzəriyyəsinə qayıdırlar. Kainatı öyrənmək, təsvir etmək üçün tam olaraq ölçülər hələ öyrənilməyib. Paralel dünya anlayışını belə izah etmək olar: Qravitasiya çox olan yerdə zaman ləngiyir, qravitasiya az olan yerdə isə sürətlənir. Biz spiralvari bir həyat olan kainatda yaşayırıq. Belə deyək, eyni zamanda keçmişimizi, indimizi və gələcəyimizi yaşayırıq. Təsəvvür edin, bir insan işıq sürəti ilə başqa bir planetə gedib bir il orada qalırsa, geriyə dönəndə təxminən 500-600 il keçmiş olacaq və o insan qayıdanda gələcəkdən gəlmiş adam ola biləcək. Lakin bu məsələlərin reallaşması tezdir. Ayrı ayrı məqamlarda tarix boyu belə səyahətlər olub və indi də var. Yer üzündə sülhün bərqərar olması, dini xurafatın yox olduğu günün gələcəyindən sonra yəqin ki, kosmik təfəkkür formalaşacaq, xəyallarını qurduğumuz sirli kainat insanlara daha yaxın olacaq. Keçmişə gələcəyə səyahət etmək mümkün olacaq.

Yer üzündə insan zəkasının kamilləşmə qələbəsi baş verəndə bu lənglik aradan qalxacaq.1991-ci ildən bəşəriyyətin gələcək varisləri olan İndiqo uşaqları doğulmağa başlayıb.
Diaspora