ABŞ-ın Şimali Karolina ştatının Qrinsboro şəhərində yaşayan azərbaycanlı 9 yaşlı Fatimə Əsgərin “Aya and Maya” (“Aya və Maya”) adlı kitabı nəşr olunub.
Publika.az bildirir ki, bu barədə Kult.az-a tanınmış yazıçı, alim Ramiz Əsgər məlumat verib. O bildirib ki, 4-cü sinifdə oxuyan Fatimə hekayələr kitabında həssas uşaq qəlbini narahat edən məsələlər barədə söz açıb:“Fatimə Əsgərin kitabının çap olunmasına Şimali Karolina universitetinin professoru olan atası Əli Əsgər kömək edib. O, məktəbə gedəndən və yazmağı öyrənəndən sonra bu hekayələrdən bir qismini kitab şəklində nəşr etməyi qərara alıb. Fatimənin 48 səhifəlik kitabında 12 hekayəsi toplanıb”.
Qeyd edək ki, 9 yaşlı Fatimə tanınmış alim, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri Ramiz Əsgərin qardaşı qızıdır.