Komitə sədri deputat Hüseynbala Mirələmovun müdafiəsinə qalxdı

Komitə sədri deputat Hüseynbala Mirələmovun müdafiəsinə qalxdı backend

11-ci siniflər üçün Ədəbiyyat dərsliyində Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmovun adının qeyd olunması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Dərslikdə H.Mirələmovun 21-ci əsr Azərbaycan ədəbiyyatının yaradıcılarından biri kimi təqdim edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin müzakirələrdə dərsliyin müəlliflərini qınayanlar da var.

Ədəbiyyat dərsliyində qeyd edilib: "Hüseynbala Mirələmov ədəbiyyata 60-cı illərdə lirik-psixoloji üslubda yazdığı hekayələrlə gəlmişdir. 21-ci əsr Azərbaycan ədəbiyyatının yaradıcıları sırasına daxil olmuşdur".

Qeyd edək ki, dərsliyə rəy verənlər Milli Məclisin deputatları İsa Həbibbəyli və Nizami Cəfərovdur.

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında deputat həmkarının adının dərsliyə salınmasını doğru hesab edib:



“Hüseynbala Mirələmov bədii yaradıcılıqla daha yaxşı məşğul olan yazıçılarımızdan biridir. Son vaxtlarda onun bir sıra samballı əsərləri meydana çıxıb. Hətta, dram əsərləri uğurla tamaşaya qoyulub. Ədəbiyyat dərsliyinin icmalında Hüseynbala Mirələmovun adının olmasına təbii və normal baxıram. Burada artıq qeyri-adi heç nə yoxdur”.
Diaspora