Rafiq Əliyev Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirası Zadə Elmi Assosiasiyasına bağışladı

Rafiq Əliyev Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirası Zadə Elmi Assosiasiyasına bağışladı backend

Bu ilin sentyabrında 96 yaşında dünyasını dəyişən dahi alim Lütfi Zadənin vəfatı bütün bəşəriyyət üçün böyük itki oldu. Lakin Zadədən sonra onun elmi irsi və nəzəriyyələri yenə də bu bəşəriyyətə xidmət etməkdədir.

Zadə elmi irsinin varisi isə dünya çapında tanınan başqa bir həmyerlimiz professor Rafiq Əliyevdir. Rafiq Əliyev bu günlərdə Lütfi Zadənin irsinin tədqiq və təbliği, öyrənilməsi istiqamətində həddindən artıq böyük addım atıb.

Moderator.az böyük alimimizin özünə istinadən xəbər verir ki, Rafiq Əliyev Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirasın hamısını birbaşa rəhbəri olduğu “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. (Qeyd edək ki, həmin vəsiyyət barəsində ilk dəfə elə bu yazıda söhbət açırıq).

Bu barədə bir az ətraflı məlumat verək:

Bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:

“Hörmətli, Professor Əliyev,
Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm ki, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.


Rafiq Əliyevin Norman Zadəyə yolladığı məktub isə həqiqətən, böyük fədakarlıq və böyüklük düsturu kimi qiymətləndirilə bilər. Belə ki, professor Əliyev kifayət qədər böyük məbləği (artıq fonda aid olduğu üçün və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır) birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə - “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.

Rafiq Əliyevin məktubunun mətnini təqdim edirik:

“Bu maddi vəsiyyət heç vaxt mənim özəl məqsədlərimə sərf olunmayacaq”

“Hörmətli, Norman Zadə. Məktubunuza görə təşəkkür edirəm. Professor Zadə həmişə mənim müəllimim, yolgöstərənim olub. Bizim sizin ailənizlə-Lütfi və Fey Zadələrlə 40 ilə yaxındır ki, ailəvi dostluğumuz var. Bu ailəvi dostluqla bərabər, professor Lütfi Zadə ilə “Qeyri-səlis məntiq” , “Sözlə hesablamalar”, “Müasir qərarqəbuletmə nəzəriyyələri” üzrə bizim elmi layihələrimiz olub. Birlikdə müxtəlif elmi işlər aparmışıq. Professor Lütfi Zadə mənim “World Scientific”, “Springer” və başqa elmi nəşriyyatlarda çıxan 7 kitabıma ön söz yazıb. Sonuncu kitabı - “Z ədədlər hesabı, nəzəriyyəsi və tətbiq”- birlikdə yazmışıq. Əsas fəsli də Lütfi Zadə yazıb. 7 ay bundan öncə Lütfi Zadə mənə bir məktub göndərdi ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsi və tətbiqi” adlı iki hissədən ibarət bir kitab yazaq. Mən “World Scientific” nəşriyyatı ilə bu məsələni razılaşdırdım. Bizim bu gün həmin nəşriyyatla müqaviləmiz var. Müqaviləni 4-5 ay bundan əvvəl Lütfi Zadəyə yolladım. Düşünürəm ki, həmin müqavilə hazırda onun arxivindədir. Müqaviləyə görə, kitab bu ilin dekabr ayında nəşriyyata təqdim olunmalıdır.

Hörmətli , Norman Zadə!

Lütfi Zadənin dünyasını dəyişməsi tək bizim üçün yox, bütün bəşəriyyət üçün böyük itkidir. 40 il ərzində hər həftə mən Lütfi Zadə ilə telefon əlaqəsi saxlayırdım. İldə bir, ya iki dəfə, Berkli yaxud, Amerika və Avropanın müxtəlif şəhərlərində görüşürdük. Lütfi Zadə ilə sonuncu söhbətim avqustun axırında oldu.
Hörmətli, Norman Zadə!

Lütfi Zadənin vəsiyyəti ilə əlaqədar onu demək istərdim ki, bu, məni son dərəcədə həyəcanlandırdı və son dərəcə emosional təsir etdi. İnformasiya üçün sizə demək istəyirəm ki, 20 il bundan əvvəl mən “Zadə irsi və süni intellekt” Assosiasiyasını yaratdım. Mən hazırda bu assosiasiyanın prezidentiyəm. Məqsədim Lütfi Zadənin bu maddi vəsiyyətini həmin assosiasiyaya bağışlamaqdır. Bu fond Zadə irsinin tədqiqi, təbliği, öyrənilməsi, yayılması üçün istifadə olunacaq.

Heç bir vaxt bu maddi vəsiyyət mənim özəl məqsədlərimə sərf olunmayacaq.
Biz tələbələr üçün Zadə təqaüdləri təyin edəcəyik. Qeyri- səlis məntiq və bununla əlaqəli sahələrdə gənc tədqiqatçıların elmi işlərinə dəstək üçün sərf edəcəyik.
Məktubunuza görə təşəkkür edirəm”.


Bu, hələ son deyil. Rafiq Əliyev daha bir gözəl addım atmaqla dünya alimlərinə (həmçinin, bizimkilərə də) böyük nümunə olub. O, Zadə ilə birgə çalışdığı son kitabın qonararını ustadının vəsiyyətinə uyğun olaraq oğlu Norman Zadənin hesabına bağışlayacaq:

“Hörmətli Normal Zadə!

“2016-cı il 11 noyabr tarixində professor Lütfi Zadə mənə məktub göndərdi ki, əgər bir eksterimal vəziyyət yaransa (yəni, dünyadan köçsə) onda bizim birgə yazdığımız “Qeyri-səlis məntiq” nəzəriyəsi və tətbiqi kitabından aldığım qonararı oğlum Norman Zadəyə göndərəsiz.
Buna görə də sizdən xahiş edirım ki, siz bank hesabınızın detallarını mənə yollayasınız. ( Qeyd edək ki, Norman Zadə atasının vəsiyyətinin həyata keçməsi üçün bank hesab nömrələrini Rafiq Əliyevə göndərib)

Hörmətli, Norman Zadə!

Lütfi Zadə və Fey Zadənin əziz xatirəsi hər zaman mənim ürəyimdə sonadək qalacaqdır”.


Rafiq Əliyevin yeni “nəzəriyyəsi”

Rafiq Əliyevin qeyri-səlis məntiq və başqa istiqamətlərdə bir çox elmi nəzəriyyələri var ki, onları bütün dünya qəbul edir. Biz də mütəmadi olaraq bu barədə yazmağa çalışmışıq.
Amma alimin bu sonuncu addımı də həqiqətən, böyük nəzəriyyə kimi qəbul edilməlidir: İnsanlıq, sadiqlik və böyüklük nəzəriyyəsi kimi!
Eləcə də, elmi nəzəriyyə kimi!

Çünki Rafiq Əliyev burada elmi irsi ilə yanaşı, maddi irsini də ona vəsiyyət edən ustadına sadiq qalmaqla yanaşı, elmin gələcəyi üçün də müstəsna addım atıb. Prezidenti olduğu “Zadə irsi və süni intellekt” Assosiasiyasının fonduna köçürülən maddi vəsait gələcəkdə bir çox alimlərin yetişməsinə və yeni nəzəriyyələrin yaranmasına səbəb olacaq!
Bu, həm də çağırış nəzəriyyəsidir!

Bu gün maddi imkanı olan alim və qeyri-alimlər də anoloji addım atsalar, Zadə və Rafiq Əliyev kimi maddi yardımlarını əsirgəməsələr, elmimiz və gələcəyimiz bir o qədər də gözəl inkişaf edər.

Rafiq Əliyevin “çağırış nəzəriyyəsi” həm də bir müraciətdir- Böyük Zadə irsinin yaşaması üçün, həmçinin, yeni elm fədailərinin yetişməsi üçün bir müraciət...
“Çağışır nəzəriyyəsi”nin cavabsız qalmaması ümidi ilə...



Norman Zadə və Rafiq Əliyev arasındakı mirasla bağlı məktubların orijinalını təqdim edirik: (məktubların orijinalı ingiliscədir, öncə Norman Zadənin vəsiyyət haqqında bildiriş məktubu, daha sonra isə R.Əliyevin ona cavab məktubudur)

Dear Professor Aliev,

My parents left you monetary amount in their will.

Could you please provide me with wiring instructions so I can send that
to you?

I will need your name, address, bank routing number, and account number.

Sincerely,

Norm Zadeh, Ph.D.

310-476-0700

****

Dear Norman Zadeh,

Thank you very much for your message. I'm Prof. Rafik Aliev. Prof. Lotfi Zadeh was and is my mentor. We were acquaint during last 40 years with Prof. Zadeh and Fay Zadeh. We did with Prof. Zadeh several projects on fuzzy logic, computing with words and modern decision theory. Prof. Zadeh wrote Foreword to my seven books published in World Scientific, Springer and other publishers. Our last book "The Arithmetic of Z-numbers. Theory and Applications" was written in cooperation with Lotfi Zadeh and main chapter was written by him. About 7 months ago he sent me message to write book "Fuzzy Logic Theory and Applications, Part I (L. Zadeh, R. Aliev) and Part II (Eds. L. Zadeh, R. Aliev)". I agreed with World Scientific Publisher publishing of this book and we have contract on the publishing. Contract was sent to Prof. Zadeh probably 4-5 months ago and I hope that now it is in his archive. In accordance with the deadline of the contract, the book will be submitted to World Scientific in Dec 2017.
Dear Norman Zadeh, loss of Lotfi Zadeh is loss not only for us but for all mankind. During 40 years I contacted every week with Lotfi Zadeh by phone and face to face in Berkeley and different cities. My last conversation with Prof. Zadeh was at the end of August.
Dear Norman Zadeh, concerning will of Prof. Zadeh, it was exciting event and I am very touched. For your information, I have to say that 20 years ago I organized international association “Artificial Intelligence and Zadeh’s Legacy” and I’m president of this association. My intent is that when I get this monetary amount I will transfer it to account of this Association. This fund will be used for investigation and sharing of Zadeh’s Legacy (this fund never will be used for my private needs). We will organize Zadeh stipendium for students in Fuzzy logic and related areas, help young researchers for their promotion.
Dear Norman Zadeh, good memory on Lotfi Zadeh and Fay Zadeh will be always in my heart till my end in this world.

With my warmest wishes,

Rafik Aliev

Diaspora