Qərb Universitetində Dillər Mərkəzi yaradılıb.
Qaziler.az Moderator.az-a istinadən bildirir ki, Dillər Mərkəzi xarici dillərin tədris və öyrənilməsi prosesinə fundamental dəyişikliklərin geniş və səmərəli şəkildə tətbiq edilməsi məqsədilə yaradılıb.
Mərkəzin əsas funksiyası əsas etibarilə qabaqcıl metodikaların tətbiqi, tələbənin psixoloji portretinin araşdırılması, müxtəlif üsullarla tələbələrin maraq səviyyələrinin artırılması, xarici ölkələrdə dilin öyrənilməsi üçün nəzərdə tutulmuş proqramların geniş şəkildə həyata keçirilməsi və dünyanın aparıcı dil mərkəzləri ilə işgüzar əlaqələrin qurulmasından ibarətdir.
Mərkəzin tətbiq edəcəyi metodika və çoxşaxəli proqramlar tələbələrin bir neçə xarici dili yüksək səviyyədə, ən azı iki dilin isə işgüzar dil səviyyəsində mənimsənilməsinə imkan verəcək.