Şagirdlərin və valideynlərin nəzərinə!

Şagirdlərin və valideynlərin nəzərinə! backend

2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.


Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

Şagirdlərdən və ya şagirdlərin valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur.

Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.
Diaspora