İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) 2017-2018-ci tədris ili üçün qəbul imtahanı keçirilir.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzləşdirilmiş müvafiq qəbul imtahanında birinci qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlərdən 428-i UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. İmtahan saat 10.00-da başlanıb və saat 12.00-da başa çatacaq. İmtahanda abituriyentlərə 4 fənn üzrə ümumilikdə 40 sual təqdim edilib.
Fransanın tədris proqramları əsasında aparılacaq təhsil geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə həyata keçiriləcək.
UFAZ məzunları Strasburq Universiteti və ADNSU-nun diplomlarını alacaqlar.