Azərbaycanın ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu

Azərbaycanın ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu backend

Azərbaycanda ən yaşlı universitet müəllimi Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.

 

Oxu.Az bildirir ki, o, 1968-ci ildən Bakı Dövlət Universitetində (BDU) çalışır.

 

Pedaqoq hazırda BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiridir.

 

Məsumə Məlikova 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilən ilk qadın hüquqşünas alim olub.

 

O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Məsumə Məlikova həmçinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.