Naxçıvanın sabiq təhsil naziri Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub

Naxçıvanın sabiq təhsil naziri Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub backend

Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nəcəfov Elxan Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.

 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.

 

2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.

 

2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.