Kolleclər və ali məktəblərdə vahid geyim tələblərinin tətbiqi nəzərdə tutulacaqmı? - Təhsil nazirinin müavinindən AÇIQLAMA

Kolleclər və ali məktəblərdə vahid geyim tələblərinin tətbiqi nəzərdə tutulacaqmı? - Təhsil nazirinin müavinindən AÇIQLAMA backend

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqi məsələsinə münasibət bildirilib.

Qaziler.az bildirir ki, bu barədə APA-ya müsahibəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov fikirlərini bölüşüb.

O qeyd edib ki, hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim Qaydalarından gedir:

"Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur".