ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinin əməkdaşları BMT Baş Assambleyasının 81-ci sessiyasının müzakirələrində iştirak etmək üçün Nyu-Yorka səfər edən İranın xarici işlər naziri Abbas Əraqçının mühafizəsini təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində Dövlət Departamentinin müvafiq güc strukturunun bildirişinə istinadən məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Əraqçı Nyu-Yorkda olduğu müddətdə ona dövlət mühafizəsinin ayrılması xahişi ilə ABŞ xarici siyasət idarəsinə müraciət edib.
Dövlət Departamentinin bildirişində qeyd olunur:
"Qarşıdan gələn səfərlə bağlı mövcud məlumatların öyrənilməsi nəticəsində diplomatik təhlükəsizlik xidməti tərəfindən mühafizənin təmin edilməsi barədə qərar qəbul olunub".

