6 idmançımız imtahansız universitetə qəbul edildi

6 idmançımız imtahansız universitetə qəbul edildi backend

2026-2027-ci tədris ili üçün 6 nəfər olimpiya və beynəlxalq idman yarışlarının mükafatçısı müsabiqədənkənar qaydada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasına qəbul olunub.

Qaziler.az xəbər verir ki, bu barədə ADPU-dan məlumat verilib.

Fərrux Şaiq oğlu Qaybalıyev (parakarate), İmaməddin Maarif oğlu Xəlilov (parataekvondo), İlhamiz Cahid oğlu Kərimov (ağırlıqqaldırma), Aysel Elçin qızı Əhmədli (parakarate), Amin Rizvan oğlu Şıxalıyev (parataekvando), Aybəniz Cəlill qızı Babayeva (güllə atıcılığı) Pedaqoji universitetə müsabiqədənkənar qəbul olunublar.