Bakı Qızlar Universitetinin tələbələri ən çox bu bölgələrdəndir - SİYAHI

Bakı Qızlar Universitetinin tələbələri ən çox bu bölgələrdəndir -  SİYAHI backend

2025-ci ildə Bakı Qızlar Universitetinə qəbul olunan tələbələrin böyük hissəsini Bakı şəhərindən olan abituriyentlər təşkil edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 

Məlumata görə, 2025-ci ildə Bakı Qızlar Universitetinə ümumilikdə 378 nəfər qəbul olunub.

Qəbul olunanların zonalar üzrə bölgüsünə əsasən, tələbələrin 32,54 faizi Bakı14,02 faizi Şirvan8,99 faizi Sumqayıt8,47 faizi Gəncə7,67 faizi Lənkəran6,88 faizi Quba6,61 faizi Göyçay5,03 faizi Şəki5,03 faizi İmişli4,50 faizi Mingəçevir0,26 faizi isə Naxçıvan zonasının payına düşüb. Xarici ölkələrdən qəbul olunan tələbə isə qeydə alınmayıb.

DİM-in statistik təhlilinə əsasən, Bakı Qızlar Universitetinə qəbul olunanların hamısı qız abituriyentlərdən ibarət olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, Bakı Qızlar Universiteti Akkreditasiya Şurasının qərarı ilə institusional və proqram akkreditasiyası üzrə "uyğun deyil" qiymətləndirilib. Bunun əsasında İqtisadiyyat Nazirliyi universitetə verilmiş lisenziyanı ləğv edib.