Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar -  FOTO backend

107 yaşlı Bakı Dövlət Universiteti (BDU) 51 il xalqımızın cəlladlarından biri olan S.M.Kirovun adını daşıyıb.

Qaziler.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər.

“Sovet İmperiyasının dağılması ərəfəsində - 19 fevral 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti BDU ilə bağlı fərman verdi. Fərmanda deyilirdi: “Azərbaycan Dövlət Universitetinə S.M.Kirovun adının verilməsi haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1939-cu il 16 aprel tarixli fərmanı qüvvəsini itirmiş hesab edilsin”.

Bu fərman BDU-nun o vaxtkı rektoru Mirabbas Qasımovun 1990-cı il 23 fevral tarixli 9 saylı əmri ilə elan edildi. BDU-nun tarixi ilə bağlı bu sənədin fotosunu “Bakı Dövlət Universitetinin tarixi” adlı kitabdan (müəlliflər: Ziyad Əmrahov və Samir İsmayılov) götürmüşük (səh. 293)”, - deyə tarixçilər bildiriblər.