MÜTDA valideynlərə müraciət etdi

MÜTDA valideynlərə  müraciət etdi backend

2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur.

Qaziler.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Məlumata görə, qeydiyyatla bağlı dəqiq tarixlər, həmçinin digər məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Valideynlərdən qəbul prosesi ilə bağlı yenilikləri Agentliyin rəsmi internet resursları vasitəsi ilə izləmələri tövsiyə olunur.