Bu gün baş tutan mərasimlə Azərbaycan İlahiyyat İnstitutundan 59 tələbə məzun olub.
Qaziler.az xəbər verir ki, bunu İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, məzunlardan 4-ü (2-si əcnəbi olmaqla) magistratura pilləsini bitirir:
"Bu gün həmçinin İlahiyyat Kollecində ilk dəfə "Məzun günü" baş tutub. Kollecdən 15 tələbə məzun olur".
A. Şirinov bildirib ki, İnstitut yeni yaranmış təhsil müəssisəsi olmasına baxmayaraq, 5 ildir məzunlar daha rahat şəkildə işlə təmin olunurlar:
"Ümid edirik ki, tələbələrimiz bundan sonra da öz nailiyyətlərini davam etdirəcəklər, İlahiyyat İnstitutunda aldıqları təhsilin nəticəsində öz biliklərini cəmiyyətlə bölüşəcəklər".



