2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn – paraqraf yazmaları tələb olunacaq.
Qaziler.az xəbər verir ki, bu, DİM-in yaydığı məlumatda əksini tapıb.
Pilot imtahanda yazı bloku üzrə təqdim edilmiş tapşırığın mahiyyəti, yazılma qaydaları, əsas xüsusiyyətləri və tərkib hissələri barədə məlumat verilib, uğurlu və uğursuz paraqraf nümunələrini və onları xarakterizə edən xüsusiyyətlər iştirakçılara təqdim edilib. Bildirilib ki, dərsliklərdə paraqraf və onun növlərinə aid tapşırıqlara kifayət qədər yer ayrılıb.
Qeyd edək ki, bu barədə Dövlət İmtahan Mərkəzində tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatında vurğulanıb.



