İşğaldan azad edilmiş bütün ərazilərdə yaxın illərdə yeni məktəblər fəaliyyətə başlayacaq - Nazir

İşğaldan azad edilmiş bütün ərazilərdə yaxın illərdə yeni məktəblər fəaliyyətə başlayacaq - Nazir backend

öyük Qayıdışla məktəblər də insanlar kimi öz kəndlərinə qayıdır.

 

Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir:

 

"Artıq bildiyiniz kimi, Şuşa şəhər 1 nömrəli tam orta məktəbi fəaliyyət göstərir. Yaxın illərdə Zəngilan, Cəbrayıl, Laçın və başqa işğaldan azad edilmiş ərazilərdə də məktəblər tikilib, istifadəyə veriləcək", - nazir qeyd edib.