Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olundu - FOTO

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olundu - FOTO backend

Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitet kollektivinə təqdim edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nurəli Yusifbəylinin SDU-ya rektor təyin olunması haqqında ölkə başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran elm və təhsil nazirinin müavini İdris İsayev rektoru təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

İdris İsayev çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək bildirib ki, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, həyata keçirilən bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin rəqabət qabiliyyəti artır, gənclərin keyfiyyətli təhsilə çıxışı genişlənir və insan kapitalının inkişafı təmin olunur.

Çıxış edən rektor Nurəli Yusifbəyli göstərilən etimada görə təşəkkürünü bildirib, bu vəzifənin məsuliyyətini vurğulayıb.

Tədbirdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov çıxış edərək yeni rektoru təbrik edib və ona uğurlar arzulayıb.