Məktəblərə "Son zəng" tədbiri barədə təlimat göndərildi

Məktəblərə "Son zəng" tədbiri barədə təlimat göndərildi backend

Azərbaycanda "Son tədbiri"nin keçirilməsi ilə bağlı bütün məktəblərə nazirlik tərəfindən Təlimat göndərilib.

Qaziler.az-ın əldə etdiyi məlumata görə, məktəblərdə “Son zəng” tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

Tədbir isə məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.

Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.

“Son zəng” tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir. “Son zəng” tədbirində aşağıdakı şəxslərin iştirak edə bilər:

1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış tələbləri də var. Təlimata görə, şagirdlər tədbirdə məktəbli formasında olmalıdır, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Bayraq müşayiəti ilə səsləndirmə yol verilməlidir.

Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

Bundan əlavə, xüsusi tələb və əeydlər də var. Belə ki, tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.