11 illik orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 9 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Qaziler.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda iştirakı nəzərdə tutulan 58144 nəfərdən 379 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfər imtahandan xaric olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 27 aprel saat 10:00-dan 29 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.



