Bakı Təhsil İdarəsində yeni təyinatlar

Bakı Təhsil İdarəsində yeni təyinatlar backend

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunmuş Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.

Qaziler.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

 

Məlumata görə, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.