Müəllimlərin sertifikasiyadan iki dəfə keçmələri kifayətdir.
"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin martın 17-də keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, incəsənət sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad edilməsi məqsədəuyğun olardı:
"Eyni zamanda, Əmək Məcəlləsinin 67-ci maddəsində üç dəfə deyil, ən azı iki dəfə sertifikatlaşdırmadan keçmiş şəxslərin sertifikatlaşdırmaya cəlb olunmamasını təklif edərdim. Razılaşaq ki, iki dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir".



