Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib

Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib backend

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.

Bu barədə "Report"un yerli bürosuna Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Şagird qəbulu yalnız VII sinifdən etibarən və mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.