Dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin sənəd qəbuluna başlanılır

Dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin  sənəd qəbuluna başlanılır backend

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə aprelin 15-də sənəd qəbuluna başlanılır. Xaricdə təhsil üzrə Dövlət Proqramının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə deyib. O bildirib ki, proqramın ilk mərhələsi 2009-2015-ci illəri əhatə edib, hazırda isə 2019-2028-ci illəri əhatə edən xaricdə təhsil üzrə Dövlət Proqramı icra olunur: “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvü olan təşkilatların rəhbərləri ilə keçirilən görüşün məqsədi də məhz bu proqram barədə məlumatları daha geniş tələbə auditoriyasına çatdırmaqdır. Bu təşəbbüs ölkənin ən böyük sosial layihələrindən biri olan xaricdə təhsil imkanlarının gənclər arasında daha geniş tanıdılmasına xidmət edir”.