Ali təhsil müəssisələrinə sənəd qəbulu üçün müraciət edənlərin sayı açıqlanıb

Ali təhsil müəssisələrinə sənəd qəbulu üçün müraciət edənlərin sayı açıqlanıb backend

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

İndiyədək Azərbaycan bölməsi üzrə ali təhsil müəssisələrinə sənəd qəbulu üçün 108436 nəfər, rus bölməsi üzə isə 11835 nəfər omaqla, 117444 nəfər müraciət edib. Kolleclərlə bağlı isə bu say (11 illik) Azərbaycan bölməsi üzrə 99414, rus bölməsi üzrə 9341 nəfər olmaqla, 108755 nəfər təşkil edir.

Bildirilib ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ərizə qəbulunda iştirak edənlərin sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ali təhsil müəssisələrinə ərizə qəbulu ilə bağlı ətraflı məlumat və SQK-ların ünvanları ilə elanın geniş mətnində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.