AMEA-nın Qarabağ Elmi bölməsi yaradılacaq

AMEA-nın Qarabağ Elmi bölməsi yaradılacaq backend

AMEA-nın Qarabağ Elmi bölməsi yaradılacaq.

Qaziler.az trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyətinə həsr edilmiş Ümumi yığıncağında qərar qəbul edilib.

Qərara görə, Qarabağ və Şərqi Zəngəzur, Qərbi Azərbaycan mövzusunda araşdırmalar genişləndiriləcək.

Bildirilib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında çıxışından irəli gələn milli tarix və Azərbaycan dili,süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik, geoloji kəşfiyyat ilə bağlı prioritetlər üzrə AMEA-nın tədbirlər planının icrası və icraya nəzarət təmin ediləcək.

Bundan başqa Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının monitorinqi, dilin lüğət zənginliyinin qorunması və kənar təsirlərin qarşısının alınması istiqamətində elmi-maarifləndirici tədbirlər gücləndiriləcək. Bu məqsədlə dil texnologiyaları (kompüter dilçiliyi və Sİ əsaslı alətlər) üzrə layihələr dəstəklənəcək.