Ukrayna 2027-ci ildə 12 illik təhsil sisteminə keçəcək

Ukrayna 2027-ci ildə 12 illik təhsil sisteminə keçəcək backend

12 illik təhsil sistemi Ukraynanın bütün məktəblərində 1 sentyabr 2027-ci il tarixində fəaliyyətə başlayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna elm nazirinin müavini Nadejda Kuzmiçevaya istinadən xəbər verib.

Ukraynada bu sistemə keçid 2020-ci ildə qəbul edilmiş qanuna uyğun olaraq həyata keçirilir. Üstəlik, 2018-ci ildən bəri məktəbə qəbul edilən bütün uşaqlar artıq yeni standarta uyğun təhsil alırlar.

"Və 2027-ci ildə 10-cu sinfə gedən bütün uşaqlar 12 il təhsil alacaqlar", - deyə Kuzmiçeva bildirib.

QAZİLER.AZ