Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib.
Qaziler.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
|
Sıra №-si |
Tədbirin adı |
İcraçı orqanlar |
İcra müddəti |
|
1. |
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet olan sahələrə aid ixtisaslar üzrə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili |
Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları |
2025-2030 |
|
2. |
Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması |
Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları |
2026-2030 |
|
3. |
Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili |
Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları |
2025-2030 |
|
4. |
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi çərçivəsində elmi- tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi |
Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları |
2026-2030 |
|
5. |
Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi və yerli professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi |
Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları |
mütəmadi |
2
|
6. |
Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət vəsaiti və ya öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması, proqramların gələcək dayanıqlılığına dair mexanizmin hazırlanması |
Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları |
mütəmadi |
|
7. |
Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının icrasına, o cümlədən maliyyə vəsaitlərinin xərclənməsinə dair monitorinqlərin keçirilməsi |
Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu |
mütəmadi |
|
8. |
Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin təhsil proqramlarının yenilənməsi və təkmilləşdirilməsi işinə cəlb edilməsi |
Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları |
2026-2030 |
|
9. |
Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor- müəllim heyəti ilə bağlı məlumatların idarə olunması məqsədilə ali təhsil müəssisələri ilə birgə yaradılmış elektron məlumat bazasının yenilənməsi |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları |
mütəmadi |



