Kolleclərə qəbul olunan bu şəxslər üçün qeydiyyat başlayır

Kolleclərə qəbul olunan bu şəxslər üçün  qeydiyyat başlayır backend

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.

Bu barədə Elm və Təshil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.