Sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərinin nəticələri aşağıdır.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb: “Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”.