Məktəbi fərqlənmə ilə bitirən şagirdlərin sayı açıqlanıb

Məktəbi fərqlənmə ilə bitirən şagirdlərin sayı açıqlanıb backend

Ötən tədris ilində 13 min 908 şagird məktəbi fərqlənmə ilə bitirib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 min 072 məzun adi, 7 min 130 nəfər fərqlənmə attestatına, tam orta təhsil səviyyəsi üzrə isə 108 min 388 nəfər məzun adi, 6 min 778 nəfər fərqlənmə attestatına layiq görülüb.