Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin rəsmiləri və qonaqlar iştirak edib.
Nazir çıxışında bildirib ki, olimpiadalar hər il həvəs maraqla keçirilən tədbirlərdəndir:
“Çünki burada qalib olmaq yaşıdlarından bilik və bacarıq cəhətdən fərqlənmək deməkdir. Yəqin ki həyat boyu hansı sahədə olmağınızdan asılı olmayaraq məsuliyyətinizi unutmayacaqsız. Sizdən gözləntimiz malik olduğunuz istedadı yalnız özünüz üçün deyil, ətrafınız və dövlət üçün istifadə etməyinizdir”.
O, şagirdlərin müəlim və valideynlərinə təşəkkür edib:
“İnsan yetişdirmək böyük məsuiyyətdir. Bu məsuliyyətin öhdəsindən gəldiyiniz üçün minnətdarıq. Son illərdə olimpiadalara 80 minə yaxın şagird iştirak edib. Düzdü, onların az hissəsi qalib olur. Nazirlik olaraq biz indi burada qalibləri görürük, amma bu işin arxasında böyük zəhmət var. Fənn müsabiqələrinin mahiyyəti həvəs və rəqabət yatarmaqdır. Artıq Azərbaycanda lisey və gimnaziyalar şəbəkəsi artmaqdadır. Səhv etmirəmsə, bu say 30-dur".
Daha sonra şagirdlərin mükafatlandərılması mərasimi baş tutub.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarında məktəblilər ümumilikdə 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanıb.