Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır

Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır backend

Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

“Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu 2025-ci ilin iyun ayının 21-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə iyul ayının 8-dən, Bakı şəhəri üzrə iyul ayının 9-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə ölkə üzrə iyul ayının 10-dan başlanılır. Məktəbəhazırlıq qruplarına qəbul sentyabr ayının 12-də yekunlaşır. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması 01 - 30 sentyabr 2025-ci il tarixləri arasında aparılacaq”,- məlumatda bildirilib.

Qeyd edilib ki, məktəbəhazırlıq qruplarında uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi aparılmır. Lakin tədris digər dillərdə aparılan I siniflərə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirak mütləqdir.

Məlumata görə, prioritet Azərbaycan bölməsi üzrə Gəncə şəhərində yerləşən ümumi təhsil müəssisələrində 08 iyul – 22 iyul, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində 09 – 22 iyul tarixlərində, rus bölməsi üzrə Bakı və Gəncə şəhərində 10 iyul – 24 iyul tarixlərində tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı ilə linkə daxil olaraq tanış ola bilərsiniz. (https://bit.ly/mhprioritet)

Diaspora