Bakıda buraxılış siniflərini 80 mindən çox şagird bitirir

Bakıda buraxılış siniflərini 80 mindən çox şagird bitirir backend

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46 min 406, XI siniflərini 33 min 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirir.

Bu barədə BŞTİ məlumat yayıb.

Qeyd olunub ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38 min 206 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 min 923 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 30 min 169 müəllim fəaliyyət göstərir.

2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupuna 22 min 781 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Diaspora