Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli AÇIQLANDI

Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli AÇIQLANDI backend

Mərkəzləşdirilmiş imtahan yolu ilə lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlanıb.

Qaziler.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildrilib ki, 25 iyun 7-ci və 8-ci siniflər üzrə, 26 iyun 6-cı sinif üzrə, 27 iyun 5-ci sinif üzrə qəbul imtahanı keçiriləcək.

Ərizə qəbuluna 5 iyun saat 15:00-dan etibarən start veriləcək və qeydiyyat prosesi 20 iyun tarixinə kimi davam edəcək.

Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.

Diaspora