Son zamanlar ali təhsil müəssisələrinə qəbul imtahanları abituriyentlər, valideynlər və təhsil mütəxəssisləri arasında geniş müzakirələrə səbəb olur.
Hər il onminlərlə gəncin taleyini müəyyən edən bu imtahanlar təhsil sisteminin əsas göstəricilərindən biri hesab edilsə də, imtahan suallarının çətinliyi və məzmunu ilə bağlı narazılıqlar getdikcə daha da artır.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların səviyyəsindən razısınız?" sualı ilə sorğu keçirib.
Sakinlər müxtəlif fikirlər səsləndiriblər. Bəziləri sualların məqsədli şəkildə çətin hazırlandığını iddia edib: "Son illər keçirilən blok imtahanlarında düşünürəm ki, məqsədləri uşaqlara çətinlik yaratmaqdır". "Abituriyentlər yalnız son iki il deyil, daha erkən müddətdən hazırlaşmağa başlasalar, imtahan onlar üçün daha asan keçər", ‒ deyə digər sakin söyləyib.
Ətraflı süjetdə: