Sabah Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin “Zirvə” xor qrupunun Heydər Əliyev Mərkəzində konserti keçiriləcək.
Qaziler.az-ın əldə etdiyi məlumata görə, ümummilli liderin “Uşaqlar bizim gələcəyimizdir!” şüarı ilə təşkil olunacaq konsert Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunub.
Konsert 23 nömrəli məktəbin musiqi müəlliməsi Maya Yaradanquliyevanın, həmçinin Heydər Əliyev Mərkəzi və 23 nömrəli tam orta məktəbin birgə təşkilatlıçılığı ilə keçiriləcək. Tədbirdə məktəbin 19 istedadlı şagirdindən ibarət olan “Zirvə” xor qrupu tədris ili ərzində Maya müəllimə ilə birlikdə hazırladıqları musiqiləri, Heydər Əliyevə və Azərbaycana həsr olunan mahnıları səsləndirəcəklər.
Konsert 12 may saat 15:00-da Sumqayıtın Heydər parkında yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Musiqiləri uşaqların səsilə dinləmək, onların ilk səhnə həyəcanını paylaşamaq istəyənləri böyük sevgi və həyəcanla konsertdə gözləyirik.
Hər biriniz dəvətlisiniz!
Firuzə Alimova / QAZİLER.AZ




