Rusiyada şagirdlərə davranışlarına görə qiymət yazılacaq

Rusiyada şagirdlərə davranışlarına görə qiymət yazılacaq backend

Rusiyanın Təhsil Nazirliyi regionların təhsil nazirləri üçün keçirilən Ümumrusiya konfransında bildirib ki, sentyabrın 1-dən Rusiyanın beş regionunda məktəblərdə davranışın qiymətləndirilməsinin tətbiqi üzrə eksperimentə başlanılacaq.

Qaziler.az TASS-a istinadla yazır ki, söhbət Çeçenistan, Luqansk Xalq Respublikası və Mordoviya, həmçinin Novqorod, Yaroslavl və Tula vilayətlərindən gedir.

Departament qeyd edib ki, 2025-ci il sentyabrın 1-dən davranışın qiymətləndirilməsinin pilot rejimdə Luqansk Xalq Respublikası, Mordoviya Respublikası, Çeçenistan Respublikası, Novqorod, Yaroslavl və Tula vilayətlərində tətbiqi planlaşdırılır.

Təhsil naziri Sergey Kravtsov 2026-cı il yanvarın 1-dən bütün regionlarda davranışın qiymətləndirilməsi sisteminin tətbiq olunacağına aydınlıq gətirib. Onun sözlərinə görə, prosesin mümkün qədər dəqiq olması üçün kriteriyaları diqqətlə işləyib, kimin qiymət verəcəyini müəyyən etmək lazımdır. Eksperimentin nəticələri həm müəllimlər, həm də valideynlər ilə müzakirə olunacaq.

QAZİLER.AZ

Diaspora