"Növbəti mərhələdə magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək".
Qaziler.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, rus və ingilis dilində oxuyan məzunlar üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları da elektron formatda keçəcək.