Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq

Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq backend

Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq.

Bu barədə "Report"un sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilir:

"Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq olunanda məktəblərin də adları məlum olacaq".

E.Əmrullayev həmçinin xatırladıb ki, layihənin əsas məqsədi paytaxt məktəblərinə gedən uşaqlar üçün yol-nəqliyyat sistemində sıxlığın qarşısını almaqdır

Diaspora