Attestasiyadan keçməyən musiqi müəllimlərinin aqibəti necə olacaq? - Rəsmi açıqlama

Attestasiyadan keçməyən musiqi müəllimlərinin aqibəti necə olacaq? - Rəsmi açıqlama backend

Attestasiyadan keçə bilməyən 20-dən çox musiqi müəlliminin müəyyən səbəblərə görə əmək müqaviləsinə xitam verilməyəcək.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə (hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin) 20-dən çox müəllimin əmək müqaviləsinə xitam verilməyəcək.

Məlumata görə, imtahandan keçə bilməyən təhsilverənlərin musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ var.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiya prosesi davam edir. 2025-2026-cı illərdə bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulub.

Diaspora