Məleykə Abbaszadə dilçi alim Sayalı Sadıqovanın İRADINI qəbul etmədi

Məleykə Abbaszadə dilçi alim Sayalı Sadıqovanın  İRADINI qəbul etmədi backend

Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri Sayalı Sadıqova “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatında deyib.

Onun sözlərinə görə, buna səbəb odur ki, doktoranturada ingilis dili imtahanları İELTS səviyyəsində təşkil edilir və azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər.

Sayalı Sadıqova qeyd edib ki, Azərbaycan dilində tədqiqat aparan folklorşünas, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac yoxdur.

Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə isə dilçinin iradına cavab olaraq sözügedən ingilis dili imtahanında B2 səviyyəsi tələb olunduğunu deyib.

Diaspora