Bu gündən etibarən Rəqəmsal məktəb platforması istifadəyə verilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.
Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır.
Qeyd edək ki, "Rəqəmsal məktəb" layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. Platformada şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola, valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər. Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər."Sima" və identifikasiya kodu ilə valideyn övladının təhsil göstəricilərini onlayn izləyə biləcək.
Platformaya "Sima" və identifikasiya kodu ilə giriş mümkündür.