Uşağı oxumağa düzgün həvəsləndirməyin YOLU

Uşağı oxumağa düzgün həvəsləndirməyin YOLU backend

“Uşağın daxili motivasiyasını dəstəkləmək üçün onun məktəbdəki uğurlarını tanımaq, hər nailiyyətinə görə onu tərifləmək, həmçinin birlikdə daha çox vaxt keçirmək lazımdır”.

Qaziler.az xəbər verir ki, bu fikirləri psixoloq və müəllim Darya Duqentsova “Moskva 24”ə deyib. Onun fikrincə, uşağa akademik nəticələrə görə pul ödəmək pis fikirdir və yanlış münasibətlərin formalaşmasına səbəb ola bilər.

“Valideynlərin tərifi və övladlarının uğurlarını tanınması uşağın özünə hörmətini gücləndirəcək və birlikdə keçirdikləri keyfiyyətli vaxt emosional əlaqəni yaxşılaşdıracaq. Məqsədlərin qoyulması isə məsuliyyəti inkişaf etdirəcək və maraqların dəstəklənməsi qabiliyyətlərin təkmilləşdirilməsinə təkan verəcək”, - Duqentsova deyib.

Ekspert aydınlaşdırıb ki, kiçik hədiyyələr mükafat kimi istifadə oluna bilər. Lakin uşağa aldığı qiymətlər üçün pul ödəsəniz, bu, sonradan onun bilik qazanma istəyini azalda bilər. Psixoloq vurğulayıb ki, maddi həvəsləndirmələr yalnız müvəqqəti olaraq uşaqların akademik göstəricilərini yaxşılaşdıra bilər.

QAZİLER.AZ

Diaspora