Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.
Qaziler.az "Report"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi həmin müəssisəni Suraxanı rayonunda təşkil edib:
"Bu ilin oktyabr ayında icra prosesi başlasa da, hələlik müəssisənin açılışı olmayıb".
Elm və Təhsil Nazirliyinin Uşaqların müdafiəsi idarəsi rəisinin müavini Günel Səfərova isə DİN rəsmisinə cavabında qeyd edib ki, həmin açıq tipli müəssisə 2025-ci ildə fəaliyyət göstərəcək.