Bakıda “JunctionX Baku 2024” hakaton tədbiri start götürüb

Bakıda “JunctionX Baku 2024” hakaton tədbiri start götürüb backend

Bu gün Azərbaycanda ən böyük hakaton tədbirlərindən biri olan “JunctionX Baku 2024” strart götürüb.

QAZÍLER.AZ  APA-ya istinaden verdiyi məlumata görə, layihənin əsas sənaye tərəfdaşlarının iştirakı ilə “Yaşıl İqtisadiyyatda Süni İntellekt” mövzusundakı tədbirin açılış mərasimində çıxış edən UFAZ-ın icraçı direktoru Lətifə Nəsibova universitetin bu kimi tədbirlərin təşkilinə marağını və texnoloji ekosistemlə bağlı layihələrə dəstəyini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin Sədri Elnur Nəsibov rəhbərlik etdiyi fondun bu tipli layihələri daim dəstəklədiyini bildirib. O deyib ki, ölkəmizdə bu cür beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə bundan sonra da imkan yaradılacaq.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təşkilati komandanın layihənin icrası prosesinə necə başlaması, layihənin təşkilati komandasının gördüyü işlər, əməkdaşlıqların necə qurulması barəsində fikirlərini bölüşüb.

Hakatonun beynəlxalq və lokal təmsilçiləri Junction X-dən Qlobal Əlaqələr şöbəsinin rəhbəri Daniil Frieden və EESTEC Baku-nun rəhbəri Adil Qasımov hakaton haqqında məlumat verərək Azərbaycanda ilk dəfə keçirilməsi ilə bağlı hazırlıq prosesindən danışıblar.

4SİM-in Analiz və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi və Gənclər Fondunun Gənclər Təşkilati ilə işlər şöbəsinin rəhbəri Orduxan Qəhrəmanzadə ekosistemdə bu kimi tədbirlərin önəmini və təmsil etdikləri qurumun bu sahəyə dəstəyindən bəhs ediblər.

“Code Academy”nin Marketinq Direktoru Goktug Sarı, PwC Azərbaycandan Texnoloji Menecer Zaur Mustafayev, United Payment Daxili Nəzarət şöbəsinin rəhbəri Rauf Həsənov və ATL Akademiyanın rəhbəri Aydan Həşimova da açılış mərasimində iştirak etmiş və komandalara bu önəmli yarışmada uğurlar arzulayıblar.

Bildirilib ki, hakatonun əsas mövzuları COP29 istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş şəhər iqlim dözümlülüyü, emissiyaların azaldılması və dövri iqtisadiyyat texnologiyalarını əhatə edir.

O da vurğulanıb ki, Elm və Təhsil Nazirliyinin nəzdində Təhsilin İnkişafı Fondunun dəstəklədiyi və EESTEC Baku-nun təşkil etdiyi tədbir ekoloji problemlərin süni intellektdən istifadə yolu ilə həllinə yönəlmiş parlaq zehinləri bir araya gətirib.

Tədbirdə Hakatonun əsas mövzularının COP29 istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş şəhər iqlim dözümlülüyü, emissiyaların azaldılması və dövri iqtisadiyyat texnologiyalarını əhatə etdiyi bildirilib.

Qeyd olunub ki, ştirakçılar növbəti 36 saat ərzində süni intellekt əsaslı həllər hazırlayacaqlar, bir qalib isə Helsinkidə, Finlandiyada keçiriləcək əsas Junction tədbirində Azərbaycanı təmsil edəcəklər.

Finlandiyada yaranan və bütün dünyaya yayılan qlobal “Junction hakathon” hərəkatının bir hissəsi olan “JunctionX Baku 2024” gənc texnologiya həvəskarları arasında innovasiyanı təşviq edir.

Diaspora