Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qeyd edib ki, son üç il ərzində 53 mindən çox şəxs təhsil krediti üçün müraciət edib: "İndiyədək 41 mindən çox təhsil tələbə krediti müqaviləsini uğurla rəsmiləşdirilib. Bunlardan 35 %-i sosial, 65 %-i isə standart kreditlərdir Təhsil Tələbə Krediti Fondu (TTKF) dördüncü tədris ilinə və təhsil kreditlərinin verilməsi üzrə yeddinci semestrə başlayıb".
Nazir müavini vurğulayıb ki, bu tədris ilində kredit alan tələbələrin 63 %-i xanımlar, 37 %-i isə kişilərdir: "Bu göstərici təhsil imkanlarının gender faktorları nəzərə alınmaqla genişləndirilməsini göstərir. 2024/2025 tədris ilinin payız semestri üzrə indiyədək 8 min müraciət qeydə alınıb, 5 min kredit rəsmiləşdirilib. Bu da müraciətlərdə ötən ilin eyni dövrünə nisbətən 20 % artım olduğunu göstərir. Keçən dövr ərzində sosial bərabərliyi təmin etmək, aztəminatlı ailələrdən olan tələbələrin təhsilə çıxışını artırmaq və təhsilin əhatə dairəsini genişləndirmək yolunda mühüm nailiyyətlər əldə edilib".